“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


12.07.2019  14:11 

“Bilirəm, darıxırsan...” - Spikerdən Zahid Oruca





A+  A-

Deputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri təyin edildikdən sonra ilk dəfə parlamentdə çıxış edib.
XəzərNews.az xəbər verir ki, o, çıxışını müasir dövrdə aparılan informasiya müharibəsi üzərində qurub. O, Gəncə olayları ilə bağlı həbs edilən Aydın Qurbanovun həbsxanada vəfat etməsi xəbərinə toxunub. Bildirib ki, A. Qurbanov xərçəng xəstəliyindən əziyyət çəkib və vəfat edib: “Ancaq bununla bağlı 3 gündən sonra Prokurorluq və Penitensiar sistem cavab verdi. Buna vaxtında cavab verilməli idi.

Burada məqsəd gəncəliləri bu və ya digər şəkildə dövlətdən küsdürmək idi. Cənab prezident bu qurumlara gen-bol şərait yaradıb. Hamısının gözəl binaları var. Istintaq orqanlarının rəhbərləri nə işlə məşğuldur? Onlar bununla bağlı açıqlama verməli idilər. Dövlət rəhbərliyi bu məsələlərlə bağlı tapşırıq vermədən hakimiyyət əleyhinə informasiya terroru aparanlara əllərindəki arqumenti böyütməyə imkan vermək olmaz”.

Spiker Oqtay Əsədov isə Z. Orucu gündəlik ətrafında danışmağa səsləyib “Nə vaxtdır ki, danışmırdın. Bilirəm, darıxırsan danışmaq üçün. Ancaq gələn dəfə gündəlik ətrafında danış”.

Xəbər 1593 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +