“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


31.01.2018  15:43 

ANS Zoologiya İnstitutunun binasını boşaldır





A+  A-

"Biologiya və Tibb Elmləri Bölməsində həll olunmamış və öz həllini gözləyən problemlər var. Biz bunu bilirik".
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

AMEA prezidenti fizioloqların və zooloqların vəziyyətinin gərgin olduğunu bildirib: "ANS telekanalı uzun müddət idi ki, Zoologiya İnstitutunda məskunlaşmışdı. Onlar tədricən İnstitutun binasını boşaltmağa başlayıblar".

A. Əlizadə qeyd edib ki, bölmədəki problemlərin həlli istiqamətində Rəyasət Heyəti tərəfindən əməli addımlar atılmalıdır.

Qeyd edək ki, "ANS Müstəqil Yayım və Media Şirkəti" müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın lisenziyasını ləğv edib.

Xəbər 1368 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +