“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


23.09.2017  12:26 

Mitinqlə bağlı 9 nəfər həbs olundu





A+  A-

Bu gün Milli Şura mitinq keçirəcək. Saat 15.00-dan 17.00-dək “İnşaatçılar” metrostansiyası yaxınlığındakı keçmiş “Məhsul” stadionunda keçirilməsi planlaşdırılan mitinqə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) razılıq verib.
Mitinqə icazə verilsə də, mitinqçilərə qarşı artıq cəza tədbirləri başlayıb. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, aksiya ilə bağlı xüsusi fəallıq göstərən 9 nəfər saxlanılıb. Onların barəsində 10-15 gün müddətinə saxlanma qərarı qəbul edilib. Saxlanılan şəxslərin vətəndaşları mitinqdə iştiraka təhrik etdiyi, qalmaqal yaratmağa cəhd göstərdiyi və digər hüquqazidd əməllər törətdiyi bildirilir. Həmçinin o da qeyd edilib ki, qanunun tələblərini pozan hər bir şəxs barədə müvafiq ölçü götürüləcək.

Qeyd edək ki, mediada hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəsin bəri başdan siyahılaşdırıldığı barədə məlumat verilmişdi.

Xəbərə görə, mitinq keçiriləcək meydana – Məhsul stadionuna xüsusi kameralar quraşdırılıb. Əsasən giriş-çıxış nöqtələrinə quraşdırılan kameralar üztanıma proqramlarına qoşulub. Bütün bu fəaliyyət nəticəsində mitinqdən dərhal sonra cəza tədbirləri işə düşəcək. Bununla da hakimiyyət Mili Şuranı və bütövlükdə müxalif düşərgənin elektoratını zəiflətməyi, mitinqlərə qatılan, yaxud da gələcəkdə də qatılmağı düşünən vətəndaşları qorxudaraq, çəkindirməyi hədəfləyir. Məlumatda deyilir ki, müxalifətin indiki zəif halında bütün bunları etmək isə heç də ciddi problem yaratmır. Çünki onun elektoral bazası çox zəifdir, mitinqə çıxanların sayı azdır. Bu səbəbdən də cəmi bir neçə günlük fəaliyyətlə bütün mitinq iştirakçılarının kimliyini təsbit etmək mümkün olur.

Xatırladaq ki, Milli Şuranın 8 aprel mitinqindən sonra da iştirakçılara qarşı cəza tədbirləri görülmüşdü və bir sıra şəxslər işlədikləri yerlərdən kənarlaşdırılmışdı.

(qafqazinfo.az)



Xəbər 1849 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +