“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


17.07.2017  09:38 

“5-ci sinfə kimi kənddə oxumuşam...” - 700 bal toplayan İlhamə





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.
İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Rekorda imza atan abituriyenlər Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədovadır.

XəzərNews.az xəbər verir ki, imtahanda yüksək nəticəyə göstərən 17 yaşlı İlhamə Hüseynova təəssüratlarını AzVision.az-la bölüşüb. O, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil almaq, hüquqşünas olmaq istədiyini deyib.

“700 bal toplayacağıma inanırdım. Bundan əvvəlki imtahanda 685 bal yığmışdım. Bu, məni qane etmirdi. İkinci imtahanda özümə söz verdim ki, 700 bal toplayacağam. Allaha şükürlər olsun ki, bunu bacardım. Müəllimlərim məndən bu nəticəni gözləyirdilər. Onlar da çox sevinirlər.

İki il repetitor yanında hazırlaşmışam. 5-ci sinifə kimi Goranboyda Seymur Məmmədov adına Zeyvə kənd orta məktəbində oxumuşam. Sonradan Bakıya köçmüşük. Artıq qərarımı vermişəm, sənədlərimi BDU-nun hüquq fakültəsinə verəcəyəm. Qismət olsa, magistraturanı xaricdə oxumaq istərdim”.

İ.Hüseynova orta məktəbi əla qiymətlərdə bitirdiyinə görə qızıl medala layiq görülüb.

Xəbər 1499 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +