Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


10.07.2017  13:54 

Qaçqınlara 140 min atan “QaçqınKom” işçisi cəzasından narazıdır





A+  A-

Dələduzluqda təqsirləndirilən “QaçqınKom” vəzifəlisi Gülnarə Muxtarova barəsindəki hökmdən apellyasiya şikayəti verib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, G.Muxtarova 2016-cı ilin mart ayında saxlanılıb. O, vətəndaşlar Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov daxil olmaqla ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 min manat alıb. G.Muxtarova həmin şəxslərə Qaradağ rayonu “Ümid” qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnarə Muxtarova 9 il müddətinə azadlıqdan məhrum edilib.

"QaçqınKom” vəzifəlisi hökmdən narazı qalıb və apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə davam etdiriləcək. İlkin baxış iclası iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, Gülnarə Muxtarova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri olub.

Xəbər 1252 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +