“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


31.05.2017  12:18 

Bu adamları işdən çıxarmaq çətin olacaq





A+  A-

Əmək Məcəlləsinə dəyişikliklər təklif olunur.
XəzərNews.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, Məcəllənin 45, 73, və 77-ci maddələrinə dəyişiklik təklif olunur. 45-ci maddənin 1-ci hissəsinə təklif edilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində "müddətli" sözü "bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli" sözləri ilə əvəz edilib. 77-ci maddənin 3.1. 1-ci hissəsinə isə “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi;

bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi;

beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi;

on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi."

Əmək Məcəlləsində təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər 1662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +