İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


21.02.2025  09:28 

Bakıya və rayonlara qar yağır





A+  A-

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər yerlərində qar yağır.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 71, Qaxda (Sarıbaş) 50, Gədəbəydə 45, Şəkidə 25, Qubada 17, Şahdağ, Kəlbəcərdə 15, Lerikdə 14, Laçın, Qubadlı, Daşkəsən, Oğuzda 12, Altıağacda 11, Şamaxı, Naxçıvanda 10, Balakən, Şuşa, Şahbuz, Xaltanda 8, Xocalı, Xankəndi, Şərur, Tərtərdə 7, İmişli, Füzuli, İsmayıllı, Ağdamda 6, Zərdab, Tovuz, Qəbələdə 5, Qusar, Yardımlı, Culfa, Qobustan, Ağstafa, Göyçayda 3, Cəlilabad, Şabran, Ağsu, Naftalanda 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 5.1 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.

Xəbər 1726 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +