“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


12.09.2017  13:46 

“Erməni “WiFi”larına qoşulmayın” - Generaldan çağırış





A+  A-

"Təmas xəttinə yaxın yaşayış məntəqələrinin sakinləri bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərər vura biləcək hər hansı məlumatların yayılmasından çəkinməlidir".
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu sözləri bu gün Ağdam rayonunda keçirilən konfrans zamanı DTX rəisinin müavini, general-mayor İlqar Musayev deyib.

Xidmətin Əməliyyat-Texniki İdarəsinin rəisi olan İ.Musayev bildirib ki, Ermənistanın Azərbaycana qarşı siyasəti dövlət terrorçuluğudur: "Erməni terroru 1980-ci ildən etibarən yeni vüsət aldı. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində dövlət sərhəddini 132 kilometr ərazisi nəzarətdən çıxıb.

Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın məsafədədir. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir.

Bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər. Bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini yaxud çəkdikləri video, fotoşəkilləri öz yaxınları ilə sosial şəbəkələr və mobil telefon vasitəsilə bölüşürlər.

Bununla da onlar əslində düşmənə cəbhə xəttində əməliyyat şəraitini qiymətləndirməyə və ordumuza qarşı qabaqlayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar.

Bu cür hallar mülki əhalinin müdafiəsinin etibarlı təşkili və düşmənin təxribatlarının vaxtında qarşısını almaq üçün görülən tədbirlərə zərər vurmaqla yanaşı, döyüş bölgəsində xidmət aparan zabit və əsgərlərin həyatına ciddi təhlükə yaradır. Hər bir vətəndaş, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrinin sakinləri bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərər vura biləcək hər hansı məlumatların yayılmasından çəkinməlidir.

Araşdırmalar göstərir ki, düşmən Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanmasına xüsusi önəm verir. Bu səbəbdən cəbhə xəttində yaşayan hər bir vətəndaş ayıq-sayıq olmalı, xidmətdə olan hərbçilərimiz internet şəbəkələrindən, mobil texnologiyalarından diqqətlə və ehtiyatla istifadə etməli, xüsusilə düşmən tərəfindən yayımlanan naməlum və açıq vayfay efirinə qoşulmamalıdırlar. Biz müharibə şəraitində yaşadığımızı qəti unutmamalıyıq".

Xəbər 1408 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +