Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


26.01.2023  20:58 

Bu xalqdan nə düzəltmək istəyirik?





A+  A-

Deyirlər, elə niyə deyib, düşmənlər istifadə edir. Dəvə - qum məsələsi... Bəlkə, normal seçki keçirməyi öyrənək, məsələni kökündən həll edək?

Düşmən görmürsə, seçki keçirə bilməməyimiz özümüz üçün problem deyil?

Adam xərçəng xəstəliyini düşmən görər deyə gizlətsə nə qazanır?

Kimi aldadırıq? Qərbi, yoxsa xalqı?

Narahat olmayın, hər ikisi gerçəkliyi çox yaxşı bilir. Seçki keçirə bilməmək demokratiyadan əvvəl respublika quruluşunu təhdid edir və ən böyük zərbəsi özümüzə dəyir. Ciddi bir problem varsa, həllinə çalışarlar, onu gizləməzlər, dilə gətirənə hücum etməzlər.

Hara gedirik?

Məqsədimiz nədir?

Bu xalqdan nə düzəltmək istəyirik?

Adam da öz yurdunu bu günə qoyar?

Konstitusiyanı təhqir eləmədən yaşamaq və fəaliyyət göstərmək heçmi mümkün deyil?

Hamıdan əvvəl qadınlara seçki hüququ verməklə deyil e, heç olmasa, bu hüququ verəndən 100 il sonra kişili-qadınlı yığışıb normal bir seçki keçirə bilməkdir məsələ...

Rus totalitarizmi yıxılsa, ermənilərdən əlli il geridə qaldığımız ortaya çıxacaq...

Yazıqdır bu vətən, bu günə qoymayın, insafınız olsun...

Şərif AĞ

Xəbər 1437 dəfə oxunub.




24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +