Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


10.06.2017  10:56 

Nazirdən son xəbərdarlıq - “Bunu hamı bilməlidir ki...”





A+  A-

Dövlət Turizm Reyestri turizm xidməti göstərən hər kəs üçün açıq olacaq.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, turizm xidməti göstərən hər kəs bu sistemə daxil olaraq, özü haqqında məlumatları yerləşdirəcək. Mədəniyyət və Turizm Nazirliyi isə müvafiq ictimai qurumlarla birlikdə sistemə informasiyalarını daxil edən şirkət, hotel, yaxud insanların məlumatlarını yoxlayacaq: "Əgər orada nə ünvan, nə də ad varsa, məlumatlarını qeyd edənlə bağlı naməlum vəziyyət yaranırsa, onda biz onları reyestrin əsas siyahısına daxil etməyəcəyik. Biz bütün beynəlxalq tədbirlərə, təhsilin artırılması, xidmətin yüksəldilməsi proqramlarına, təşkilatı məsələlərə reyestrə daxil olacaq şirkətləri cəlb edəcəyik. Ona görə də şirkətlər öz işlərinin peşəkarlığını heç vaxt itirməməlidirlər. Bu, mütləq şərtdir. Çünki biz dövlət olaraq, biznes mühit haqqında, eyni zamanda turistlər haqqında da düşünməliyik".

Ə.Qarayev qeyd edib ki, Dövlət Turizm Reyestrində hotellərin ulduz dərəcələri barədə də məlumatlar yerləşdiriləcək: "Biz yoxlama apardıqdan sonra müəyyən edəcəyik ki, o, 3, 4,5 ulduzludur, yaxud ulduzsuzdur. Müəssisə ulduzsuz da olsa, xidmətlərini göstərə bilər. Əgər onun yatmağa yeri varsa, normal qida verirsə, ulduz dərəcəsinə çatmasa belə işləyə bilər. Amma hamı bilməlidir ki, onun ulduz dərəcəsi yoxdur".

Ə.Qarayev onu da əlavə edib ki, ölkədə sertifikatsız bələdçi olmamalıdır: "Buna görə də turizm şirkətlərinə tövsiyə edirəm ki, birgə işlədikləri bütün bələdçiləri qeydiyyata alsınlar. O adamlar sertifikatlı olmalıdırlar".

Xəbər 2049 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +