Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


06.04.2017  12:15 

Bəxtiyar Əliyev: “15 ildir regionlarda bu mərkəzləri yaratmırlar”





A+  A-

“Mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycanın bütün rayon və şəhərlərində defektoloq və loqoped psixoloji mərkəzlərinin yaradılması nəzərdə tutulsa da, 15 ildən artıdır ki, bu, edilmir”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev komitənin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Azərbaycanda təhsil sahəsini əhatə edən müxtəlif qanunlar qəbul edilsə də, indiyədək həmin qanunlarda nəzərdə tutulan bir çox məsələlər reallaşmayıb.

“Bunlardan biri kimi mən defektologiya və loqoped mərkəzlərin yaradılmasını göstərə bilərəm. Hansı ki, bu defektologiya və loqopedik psixoloji mərkəzələr psixoloji yaradıcılığında, eyni zamanda, fiziki cəhətdən qüsurlu uşaqların adaptasiyası ilə bağlı öz xidmətini göstərməli idi. Ancaq təssüflər olsun ki, adıçəkilən qanunların qəbul olunmasından xeyli illər keçməsinə baxmayaraq, 15 ildən artıqdır ki, bunlar həllini tapmır. Bunlar ciddi məsələlər olduğundan nəticə çıxarılmalıdır. B.Əliyev hesab edir ki, sağlamlıq məhdudiyyəti olan uşaqların məktəbəqədər təhsilə cəlb olunması ilə bağlı müddəaların “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində əksini tapması yerində olan məsələdir.

B. Əliyev deyib ki, əvvələr bu sahədə kadrlar ancaq pedaqoji kadr kimi hazırlansa da, indi artıq ali təhsil müəssisələrində ayrıca ixtisas kimi keçilməyə başlanılıb.

“Artıq bununla bağlı Nazirlər Kasbineti tərəfindən defektoloq, loqoped ixtisaslarının standartları müəyyənləşib və tədris edilir”.


Xəbər 2893 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +