Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


16.06.2020  11:20 

İçkili halda çayda çimdi, oğlunun gözü qarşısında öldü





A+  A-

Tovuz rayonunda çayda boğulan şəxslər də içkili olub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, iyunun 15-də saat 17 radələrində rayonun Abulbəyli kənd sakinləri – 1986-cı il təvəllüdlü Abbas Hüseynov və 1974-cü il təvəllüdlü Namiq Həsənov Kür çayında çimərkən boğulub ölüb.

Məlumata görə, Namiq Həsənov və onun oğlu Taleh, Abbas İsmayılov, tanışları Eldəniz Əliyev, Akif Cəfərovla birgə Kür çayının kənarında istirahət edən zaman spirtli içki qəbul ediblər. Daha sonra Namiq və Abbas Kür çayında çimərkən suyun burulğanına düşüb batıblar.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bundan 3 gün əvvəl oxşar hadisə Qusar rayonunun Samur qəsəbəsində baş vermişdi. Qoyun sürücü növbəsində olan 1993-cü il təvəllüdlü Əlirza Əlirzayev, 1988-ci il təvəllüdlü Vadim Qasımov və Gennadi Babayev 1,7 litr araq içdikdən sonra kanalda çimiblər. Nəticədə Ə.Əlirxayev və V.Qasımov boğularaq ölüb.

Xəbər 2017 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +