Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


08.10.2020  23:46 

“Problemin yeganə həlli işğalın dayandırılmasıdır” - Ərdoğan





A+  A-

“Ermənistanın münaqişəyə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir düyün kimi qalmış Dağlıq Qarabağ problemi artıq həll olunmalıdır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə-Afrika İqtisadi və İş Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Ərdoğan Azərbaycanın Qarabağın işğaldan azad olunması istiqamətində son dərəcə qətiyyətli olduğunu bildirib:

“Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. BMT və ATƏT işğalçıların torpaqlardan çıxması üçün qətnamələr hazırlasa da, onlar buna əməl etməyib. Problemin yeganə həlli işğalın dayandırılmasıdır.

Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın işğal edilmiş torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsini dəstəkləyirik. Ədaləti və qanunu müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”.

Xəbər 2332 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +