Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


29.05.2019  13:54 

Sabah şimşək çaxacaq, leysan olacaq





A+  A-

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 30-da gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi, Böyük Qafqazın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Xəbər 1309 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +