Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


21.10.2017  13:57 

Monitorinqin nəticələri açıqlandı





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların hazırkı vəziyyəti ilə bağlı monitorinqin nəticələrini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, açıqlamada bildirilir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara bölgəsi çaylarında 40-70 , Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edir.

Oktyabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 215 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 225 m3/s olmaqla ongünlük normanın 133 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 193 m3/s təşkil edərək ongünlük normanın 180 faizinə bərabər olub.

Oktyabrın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 23 sm artım, Surrada 6, Bankədə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 366 m (2016-cı il oktyabrın 20-də 569 sm), Şirvanda 251 sm, Salyanda 230 sm (2016-cı il oktyabrın 20-də 371 sm), Bankədə 197 sm (2016-cı il oktyabrın 20-də 273 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 sm (2016-cı il oktyabrın 20-də 277 sm) təşkil edir.

Xəbər 1278 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +