Sevgilisi bəyənmədi, o da “Porsche”ni zibil qutusuna atdı
Suriya ələviləri muxtariyyət elan ediblər
Ukraynada döyüşən azərbaycanlılar Xocalını belə andılar -VİDEO
Azərbaycanlı zərərçəkmiş kimi tanındı
Hərbi liseyin məzunu vəfat etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Ukraynada rus agent qrupu zərərsizləşdirilib
Əziz Orucova HÖKM OXUNDU
Məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi


09.08.2022  12:01 

Tofiq Şahmuradov bu statusa görə həbs olunub





A+  A-

Bloqer Tofiq Şahmuradov barəsində seçilmiş inzibati həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində Nizami Rayon Məhkəməsinin 27 iyul tarixli qərarından verilmiş şikayətlə bağlı iclas keçirilib.

Məhkəmə iclasında T. Şahmuradovun müdafiəçisi onun barəsində qərar verilərkən yüngülləşdirici halların nəzərə alınmadığını bildirib: “26 iyul 2022-ci il tarixdə hüquqlarını müdafiə etdiyim şəxs özünün feysbuk səhifəsində “Quru qoşunları komandanı general Əfəndiyev minaya düşüb” başlıqlı məlumat yerləşdirib və təxminən 5 dəqiqə sonra həmin məlumatı sosial şəbəkədən silib. Ümumiyyətlə feysbuk sosial şəbəkəsində məlumatı yaymağın qadağan olunmasını düzgün hesab etmirik. Jurnalistin işi informasiyanı tapmaq və yaymaqdan ibarətdir. Tofiq Şahmuradov hərbi bloqer kimi tanınır və hamı onun hərbi bloqer olduğunu bilir. Feysbukda özünün sahibi olduğu səhifənin 300 000 nəfər istifadəçisi var. Həmin məlumatlar Tofiq Şahmuradova verilib, o da sosial şəbəkədə paylaşıb. Hərbi qulluqçunun yaralanması hərbi sirr hesab edilmir. Həmçinin məhkəmə qəbul etmiş olduğu qərarında Tofiqin məsuliyyətini yüngülləşdirən halları nəzərə almayıb”.

Bakı Apellyasiya Məhkəməsi Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, T. Şahmuradovun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında protocol tərtib edilib və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib./“Qafqazinfo”

Xəbər 1692 dəfə oxunub.



26.02.2025  15:28 

Hərbi liseyin məzunu vəfat etdi

26.02.2025  15:24 

İlham Əliyev Ərdoğana zəng etdi

26.02.2025  14:08 

Əziz Orucova HÖKM OXUNDU


BÜTÜN XƏBƏRLƏR +