Sevgilisi bəyənmədi, o da “Porsche”ni zibil qutusuna atdı
Suriya ələviləri muxtariyyət elan ediblər
Ukraynada döyüşən azərbaycanlılar Xocalını belə andılar -VİDEO
Azərbaycanlı zərərçəkmiş kimi tanındı
Hərbi liseyin məzunu vəfat etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Ukraynada rus agent qrupu zərərsizləşdirilib
Əziz Orucova HÖKM OXUNDU
Məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi


02.12.2021  19:02 

İctimai Şura aksiya ilə bağlı DİN-ə müraciət etdi





A+  A-

Daxili İşlər Nazirliyi yanında İctimai Şura 1 dekabrda Bakı şəhərində Fəvvarələr meydanı ərazisində keçirilən aksiyada baş verənlər və saxlanılan şəxslərə bağlı Nazirliyə müraciət edib.

XəzərNews.az xəbər verir ki, müraciəti İctimai Şuranın sədri Əliməmməd Nuriyev yayıb.

Müraciətdə deyilir:

Dekabrın 1-də Bakı şəhərində Fəvvarələr meydanı ərazisində müvafiq qaydada razılaşdırılmayan aksiyanın keçirilməsinə cəhdin qarşısının alınması zamanı bir qrup şəxsin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb. Saxlanılan şəxslər arasında xəsarət alanların olması ilə bağlı gün ərzində sosial şəbəkələrdə foto və video materiallar yayılıb.
Saxlanılan şəxslər arasında olan Tofiq Yaqublunun KİV-də yayılan görüntülərindən onun fiziki təzyiqə məruz qalması aşkar görünür.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polis razılaşdırılmayan aksiyalar zamanı ictimai qaydanı qorunması və ictimai təhlükəsizliyi təmin edilməsi vəzifəsini yerinə yetirərkən insan hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görməlidir.

Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi indiki zamanda Tofiq Yaqubluya qarşı zor tətbiq edilməsi ölkəmizin nüfuzunu salınmasına hesablanmış davranış da ola bilər.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verənlərin obyektiv və hərtərəfli araşdırılmasına, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsinə, günahkarların müəyyən edilərək cəzalandırılmasına çağırır.

Xəbər 1666 dəfə oxunub.



26.02.2025  15:28 

Hərbi liseyin məzunu vəfat etdi

26.02.2025  15:24 

İlham Əliyev Ərdoğana zəng etdi

26.02.2025  14:08 

Əziz Orucova HÖKM OXUNDU


BÜTÜN XƏBƏRLƏR +