Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


06.11.2021  10:13 

“Üçtərəfli sazişə əsasən dəhlizlər açılmalı idi“





A+  A-

"Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci ilin noyabrında imzaladıqları üçtərəfli sazişə əsasən dəhlizlər açılmalı idi. Biz üçtərəfli razılaşmalar əsasən hazırda humanitar məqsədlərlə açılmış Laçın dəhlizindən düzgün istifadə edilmədiyini, Ermənistanın təxribatçı hərəkətlərə yol verdiyini görürük. Rusiya bu razılaşma ilə bağlı üzərinə düşən vəzifələri daha effektiv icra etməlidir. Eyni zamanda, Zəngəzur dəhlizi açılmalıdır".

XezerNews.az xəbər verir ki, bunu bu gün Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda panel sessiyasında Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.

B.Yıldırım qeyd edib ki, Türkiyə Cənubi Qafqazın Orta Asiyaya və Avropaya bağlanması istiqamətində səylər göstərib:

"TANAP və TAP layihələri Azərbaycan qazının Türkiyə üzərindən Avropaya ötürülməsini təmin edir. Biz Ermənistanla kommunikasiyalar bağlı olduğu üçün Gürcüstan üzərindən Bakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Buna Dəmir İpək Yolu da deyilir. Çindən Avropaya konteyner daşımalarında da bu dəmir yolundan istifadə edilir. Bu, Çindən Avropaya dəniz yolu ilə daşımalardan daha ucuz daşımaları təmin edir. Biz regionun çiçəklənməsi üçün birgə təməl daşları qoymalıyıq".

Xəbər 1083 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +