İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


29.09.2021  21:57 

“Sabah ən yaxşı oyunlarımızdan birini göstərəcəyik“





A+  A-

Konfrans Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Omoniya” – “Qarabağ” oyunu öncəsi mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Son zamanlar Kiprə tez-tez gəlirik. Mənim üçün xoşdu. Bu ölkənin fərqli-fərqli komandalarına qarşı oynayırıq. Hər birinin öz oyun fəlsəfəsi var. “Omoniya” digərlərindən fərqlidi. Sabah meydanda daha çox düşünmək lazım olacaq. Burda yaxşı oyun göstərmək istəyirik. Həm aktiv, həm də diqqətli olmalı, rəqibi 90 dəqiqə nəzarətdə saxlamalıyıq. Düşünürəm ki, sabah ən yaxşı oyunlarımızdan birini göstərəcəyik.

- Bir neçə il əvvəl APOEL-ə qarşı 4 dəfə oynamısız, AEL-ə qarşı bu mövsüm mübarizə apardız. Kipr futbolu barədə düşüncələriniz necədi və səviyyələrini öz komandanızla necə müqayisə edə bilərsiz?

- Əvvəl də qeyd etdim ki, Kipr klublarına qarşı çox oynamışıq. Hər birində böyük idman xarakteri var. Onlara qarşı həddən artıq diqqətli və istəkli olmalıyıq. Qalib gəldiyimiz, məğlub olduğumuz matçlar olub. Azarkeşlər üçün maraqlı oyunlar keçib. Futbolçularım bu matçlarda sona kimi mübarizə aparmalı olub. Bunu hiss ediblər. Nəticə öz yerində, bu qarşılaşmaların komanda üçün faydası çox olub.

- “Omoniya”nın güclü tərəfləri hansılardı?

- Bəlkə də, güclü tərəflərini qeyd etməyim doğru olmaz. Ümumən, öz oyun fəlsəfəsi olan komandadı və bütün matçboyu bunu meydanda yerinə yetirmək istəyirlər. Tapşırıqları yerinə yetirə bilən bir komanda var. Kollektiv oyuna üstünlük verən rəqibə qarşı oynayacağıq. Bu da rəqibin təhlükəli tərəflərindən biridi. Çox bacarıqlı futbolçulara malikdilər. Qalib gəlmək istəyirik. Bunun üçün də hücumda oynamağa çalışacağıq. Maksimumunu etməliyik. Ancaq bizim üçün sürpriz sistemdə də oynaya bilərlər. “Kayrat”a qarşı dəyişiklik etmişdilər. Rəqibi analiz etmişik. Əsas futbolçuların meydanda diqqətli olması vacibdi. Dəyişikliklərə tez reaksiya verməyi bacarmalıyıq.


Xəbər 6767 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +