İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


10.10.2020  17:25 

Ermənistana silah daşıyan yük maşını Gürcüstan sərhədində saxlanıldı





A+  A-

Ermənistana silah daşıyan mülki yük maşını Gürcüstan-Ermənistan sərhədində saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Minval.az etibarlı mənbələrə istinadən məlumat verib. Hərbi mütəxəssislər fotoşəkillər və video materiallara istinad edərək bildirib ki, yük maşınında hərbi avtomatik idarəetmə sistemi quraşdırılmış avtomobil daşınıb. Qeyd olunub ki, bu qurğu komanda məntəqələrində quraşdırıla və qoşunları idarə etmək, bölmələrin hərəkətlərini əlaqələndirmək, raket qüvvələri və topçu birliklərinin atəşinə nəzarət etmək üçün istifadə edilə bilər.

Onu da qeyd edək ki, hərbi avtomatik idarəetmə sistemi Ermənistan nəqliyyat şirkəti "Spayka"ya məxsus mülki yük maşınları ilə daşınıb. Hərbi texnikanın quraşdırıldığı avtomobilin mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirildiyi aşkarlanıb.

Bu onu göstərir ki, Ermənistanın hakimiyyət orqanlarının Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı açıq şəkildə pozmağa davam edir. Ayrıca, ölkəyə silah qaçaqmalçılığı cəhdləri göstərir ki, rəsmi İrəvan, təəssüf ki, hərbi təxribat siyasətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllinə meylli deyil.

Xəbər 2613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +