İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


24.08.2020  15:43 

Koçaryan Ermənistanı məhkəməyə verdi





A+  A-

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan Maliyyə Nazirliyinin təmsilində respublikaya qarşı iddia qaldırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistanın “Datalex” məhkəmə məlumat portalında məlumat verilib. Bildirilir ki, iddianın qaldırılmasına səbəb hakim Anna Danibekyanın Koçaryanın icazəsi olmadan eks-prezidentin xəstəxanadan aldığı tibbi şəhadətnaməni oxuması və tibbi sirri açıqlaması olub.

Koçaryan qeyri-maddi ziyana görə kompensasiya olaraq 2 milyon dram (4 min dollardan çox) tələb edir. İddia avqustun 19-da hakim Armenuhi Badiryana göndərilib.

Koçaryanın vəkili Hayk Alumyan “Sputnik Ermənistan”a verdiyi müsahibədə iddia ərizəsinin səbəbinin hakim Anna Danibekyanın martın 10-da keçirilən iclasda ikinci prezidentin icazəsi olmadan gizli olan məlumatları açıqlaması olduğunu bildirib: “Medianın iştirakı ilə tibbi sirləri özündə əks etdirən sənədin tam mətnini oxudu və bunlar qanunla qorunan şəxsi məlumatlardır”.

Qeyd edək ki, Koçaryan martın 10-da keçirilən məhkəmə iclasında iştirak etməyib. Sonra hakim Anna Danibekyan “Erebuni” tibb mərkəzinin arayışını oxuyub. Arayışda ona görə ikinci prezidentə kəskin vestibulopatiya, 3-cü dərəcəli hipertoniya və ürək ritminin pozulması diaqnozu qoyulduğu qeyd olunub. Arayışda Koçaryanın xəstəlik səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilib.

Xatırladaq ki, R.Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Xəbər 1905 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +