İran Prezidenti Azərbaycana dəvət olundu
Bakıda böyük söküntü BAŞLAYIR
Zelenski Marko Rubionu Ukraynaya çağırdı
Poltavada ölənlərin sayı 14 nəfərə çatıb
Bakı və Tehran arasında razılıq əldə olundu -FOTO
Mehriban Əliyeva gəncləri təbrik etdi
Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir


23.08.2020  12:10 

Çin İran məsələsində ABŞ-a güzəştə getməyəcək





A+  A-

ABŞ-ın Pekin və Moskvaya qarşı sanksiyalar tətbiq edəcəyi təhdidlərinə baxmayaraq, Çin İran məsələsində Vaşinqtona güzəştə getməyəcyini bəyan edib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ÇXR-nın Xarici İşlər naziri Van İ bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İranla bağlı mövqeyi əsassızdır, Tehrana qarşı sanksiyalara riayət etməkdən boyun qaçıran ölkələrə qarşı sanksiyaların tətbiq ediləcəyi təhdidləri isə təxribatdır.

Van İ Vaşinqtonun Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxdığını xatırladaraq, bununla da ABŞ-ın “məhdudiyyətlərin sürətli bərpası” mexanizmini işə salmaq kimi hüququnu itirdiyini qeyd edib. Çinli diplomat, həmçinin ABŞ-ın öz hərəkətləri ilə dünya ictimaiyyətində narazılıq yaratdığını və ona olan etimadı itirdiyini deyib. Van İ Pekinin İranla “nüvə sazişinin” saxlanılması tərəfdarı olduğunu və mövqeyini dəyişməyəcəyini bildirib.

Avqustun 20-də ABŞ-ın Dövlət katibi Mayk Pompeo BMT-nin Təhlükəsizlik Şurasını Vaşinqotonun İrana qarşı sanksiyaları yenidən bərpa edəcəyi ilə bağlı xəbərdarlıq edib. Amerika tərəfi İrana qarşı silah embarqosu və uranın zənginləşdirilməsi qadağasını tətbiq etmək istəyir. Pompeo TŞ-nın dəstəyinə və beynəlxalq məhdudiyyətlərin 30 gündən sonra bərpasına ümid etdiyini dilə gətirib.

Artıq Rusiya, Almaniya, Fransa və Böyük Britaniya İrana qarşı sanksiyaların əleyhinə olduqlarını bəyan ediblər. İranın təşkilatdakı daimi nümayəndəsi Məcid Taxt-Rəvançi isə heç bir sanksiyanın tətbiq edilməyəcəyinə inandığını deyib.

Xəbər 1894 dəfə oxunub.




02.02.2025  20:34 

Bakıda böyük söküntü BAŞLAYIR

02.02.2025  14:24 

Azərbaycanda baş katib vəfat etdi

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +