Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


22.05.2018  11:46 

Təranə Qumral məhkəməyə çıxarılır - 3 illik həbs oluna bilər





A+  A-

Müğənni Təranə Qumralla Nazənin arasındakı qalmaqal yenidən alovlanıb.
XəzərNews.az-ın məlumatına görə, Təranə bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxmayaraq sənətçi məhkəmə qərarını qərəzli şəkildə icra etməyib.

Buna görə də işin baxılması Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. Qumral yenidən məhkəməyə gətirilərək hakim qarşısına çıxarılacaq. Hazırlıq iclası mayın 29-a təyin olunub.

T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə görə T.Qumral 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Zərərçəkənlər müğənni Nazənin Salayeva, onun həyat yoldaşı Məhəbbət Həsənovdur.

Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.

Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.

Xəbər 1796 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +