Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO
İTV-nin canlı yayımına haker hücumu oldu
Azərbaycanda zəlzələ oldu
Qətərdə Babəkin başına iş gəldi
Qarabağda yeni milli park yaradılır
Bu məntəqələrdə nəticələr saxtalaşdırılıb
Çörəyin içindən siqaret kötüyü çıxdı-FOTO
Polis Oğuzda əməliyyat keçirdi:Saxlanılanlar VAR
Nazir xəbərdarlıq etdi: Bu şəxslər işdən çıxarılacaq
Sabah qar yağacaq, yollar buz bağlayacaq


16.03.2024  16:23 

Azərbaycan millisinin heyəti açıqlandı





A+  A-

“FİFA series–Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandası martın 18-dən 25-dək təlim-məşq toplanışı keçirəcək.

Xəzərnews.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanış üçün 28 futbolçuya dəvət göndərilib.

Onlardan 24-ü əsas, 4-ü isə ehtiyat oyunçular siyahısında yer alıblar.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev "Adana Demirspor" (Türkiyə), Səlahət Ağayev ("Səbail"), Rza Cəfərov("Neftçi"),

Müdafiəçilər: Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Toral Bayramov, Bədavi Hüseynov(hamısı "Qarabağ"), Amin Seydiyev ("Sabah"), Qismət Alıyev ("Zirə"), Rahil Məmmədov ("LKS Lodz", Polşa)

Yarımmüdafiəçilər: Aleksey İsayev (“Qarabağ”), Coşqun Diniyev (“Ümraniyespor”, Türkiyə), Eddi İsrafilov, Emin Mahmudov, Filip Ozobiç (hamısı “Neftçi”), Elvin Camalov (“Sabah”), Vüsal İsgəndərli (“Boluspor”, Türkiyə), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə), Emil Mustafayev ("Polessya", Ukrayna), Ozancan Kekçü ("Eyndhoven", Niderland), Ceyhun Nuriyev ("Zirə");

Hücumçular: Musa Qurbanlı ("Yurqorden", İsveç), Ramil Şeydayev ("Kocaelispor", Türkiyə), Renat Dadaşov ("Hatayspor", Türkiyə).

Ehtiyat oyunçular: Murad Xaçayev, Rövlan Muradov (hər ikisi “Sumqayıt”), Orxan Əliyev (“Araz-Naxçıvan”), Rüfət Abdullazadə (“Səbail”).

Qeyd edək ki, millimiz “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Xəbər 3781 dəfə oxunub.




08.02.2025  19:25 

Azərbaycanda zəlzələ oldu

08.02.2025  17:42 

Tələbə FTX binasına hücum edib

07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?


BÜTÜN XƏBƏRLƏR +