Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


28.06.2019  14:46 

Kadırovun klubunun Rusiyadakı filialının direktoru öldürüldü





A+  A-

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində bir müddət öncə açılmış “Axmat” döyüş klubunun 37 yaşlı direktoru qətlə yetirilib.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, kürəyindən azı 4 dəfə güllə yarası almış şəxsin cəsədi iyunun 27-də gecə saatlarında küçədə aşkarlanıb.

İnsidenti törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü şəxs axtarışa verilib.

Faktla bağlı cinayət işi açılıb. Cinayətin təfərrüatı araşdırılır.

Qeyd edək ki, “Axmat-Tolyatti” bu il iyunun 15-də açılıb. Bu, Çeçenistan Prezidenti Ramzan Kadırovun sahibi olduğu Axmat Kadırov adına klubun filialı hesab olunur.

Xəbər 1565 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +