Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım


25.04.2019  15:21 

Dünyanın ən təhlükəli 10 ölkəsi – SİYAHI





A+  A-

Dünyanın bir ısra ölkələrində insan oğurluğu, terror aktları, qətllər və seksual zorakılıqla bağlı situasiya ürəkaçan deyil. Ümumdünya İqtisadi Forumu dünyanın ən təhlükəli 10 ölkəsinin siyahısını hazırlayıb .
XəzərNews.az həmin siyahıda yer alan ölkələri təqdim edir.

Kolumbiya

Bu ölkədə hərbçilərlə müxtəlif silahlı qruplaşmalar arasında baş verən toqquşmalar stabilliyə ciddi təhlükədir. Kolumbiyaya iş və turistik səfərlər həmişə xüsusi ehtiyatla edilir. Buna baxmayaraq, oğurluq, quldurluq və hücumlar bu ölkədə tez-tez olur. Zaman-zaman Kolumbiya terror hücumlarından da əziyyət çəkir.

Yəmən

Yəməndə hazırda vətəndaş müharibəsi tam sürəti ilə davam edir. Prezident Hadinin qüvvələri paytaxt Sənanı nəzarətdə saxlaytan “Ənsar Allah” qruplaşması ilə qanlı döyüşlər aparır. Patlayışlar və adam oğurluğu ölkənin bütün ərazilərində müşahidə olunur.

Salvador

Bu Mərkəzi Amerika ölkəsin hər 100 min sakinə düşən qətl sayına görə dünya lideridir. Cinayətkarlıq. Qətl və soyğunçuluq faizi həddən artıq yüksəkdir. Ölkəyə səfər eədn turistlər ilk növbədə xəbərdarlıqlara riayət etməlidir.

Pakistan

Ekspertlər Pakistanın Heybər-Paxtunxva və Bəlucistan, həmçinin, federal tayfa birliklərinin ərazisinə səfər etməyi məsləhət görmür. Təhlükəsizlik orqanları paytaxt İslamabad və digər şəhərlərdə də terror riskinin olması barədə xəbərdarlıq etmişdilər. Son vaxtlar xarici ölkə vətəndaşlarının oğurlanması riski də artıb.

Nigeriya

Bu Afrika ölkəsində etirazlar və siyasi görüşlər asanlıqla toqquşmalara çevrilə bildiyi üçün insanların sıx toplaşdığı yerlərdən uzaq olmaq lazımdır. Niger çayının deltasında vəziyyət xüsusən, gərgindir. Orada neftçiləri və turistləri tez-tez oğurlayırlar. Nigeriyanın şimal-şərq ərazilərində isə “Boko Haram” qruplaşması ilə toqquşmalar əhalinin təhlükəsizliyinə ciddi zərər vurur.

Venesuela

Venesuelada paytaxt Karakas daxil olmaqla, bütün ölkə boyu təhlükəsizlik problemləri mövcuddur. Təkcə, 2016-cı ildə ölkədə 28 min qətl qeydə alınıb. Siyasi vəziyyət stabil deyil və yaxın vaxtlarda məsələnin həll olunacağı gözlənilmir.

Misir

Son illərdə ölkədə dəhşətli terror aktları baş verib. Aksiyalar asanlıqla toqquşmalara çevrilir və çoxlu qan tökülür. Seksual cinayətlərin də sayı artdığı üçün qadınlardan ehtiyatlı olmaq tələb edilir.

Keniya

Daha bir Afrika ölkəsi Keniyada xüsusən, iri şəhərlərdə cinayətkarlıq rekord vurur. Silahlı hücumlar, oğurluq, avtomobil qaçırılması, zorlama və s. adi hal alıb. Qonşuluqda Somali dövlətinin yerləşməsi terror riskini xeyli artırır. Keniya sularında isə dəıniz quldurları xarici gəmiləri ələ keçirərək dənizçiləri girov götürür.

Honduras

Honduras da dünyanın ən təhlükəli ölkələrdən sayılır. Turistlər soyğunçuluq və hücumlardan şikayətçidirlər. Korrupsiyanın sistem şəklini almasına görə polis, məhkəmə və prokurorluq sistemi pis çalışır. Xüsusən, Tequsiqalpa, San-Pedro-Sula və Ia-Seyba şəhərlərində diqqətli olmaq lazımdır.

Ukrayna

2013-cü ilin payızından Ukraynada siyasi və hərbi situasiya gərgindir. Avropa ölkələrinin XİN rəhbərləri Krım yarımadasında, Donetsk və Luqansk vilayətlərinə səfər etməməyi tövsiyyə edir. İnsanların, o cümlədən əcnəbi vətəndaşların oğurlanması halları qeydə alınıb.

Xəbər 1416 dəfə oxunub.




12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +