“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


17.02.2021  15:45 

Ərdoğan Kılıçdaroğlunu sərt tənqid etdi





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara İdman Mərkəzində AK Partinin 7-ci qurultayında çıxışında CHP sədri Kamal Kılıçdaroğlunun ünvanına sərt ifadələr səsləndirib.
XəzərNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, dövlət başçısı çıxışında bir neçə gün öncə PKK tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşının ölümündə onu təqsirləndirən Kılıçdaroğluna cavab verib.

“Utanmadan 13 şəhid haqqında “bunun səbəbkarı Prezidentdir” deyirsən. Nə arsız adamsan? 5-6 ildir ki, bu şəhidləri yaxından izləyən bizə necə “buna görə Prezident məsuliyyət daşıyır” deyə bilərsən?! Tərbiyəsiz adam. Sənə müdafiə nazirini, daxili işlər nazirini göndərirəm ki, məlumat versinlər. Sən bunlara layiq deyilsən. Utanmadan Prezidenti günahlandırırsan. Terrorçularla əl-ələ tutaraq Ankaradan İstanbula gedə bilərsən, ancaq biz Qara, Cudi, Tendürek və Bestler Derelerdəki terrorçularla mübarizəmizi davam etdirəcəyik, sən də tribunalardan seyr edərsən”,- deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, K. Kılıçdaroğlu Türkiyə Parlamentində keçirilən iclasındakı çıxışında 6 il öncə PKK tərəfindən qaçırılaraq bu il fevralın 14-də öldürülən 13 Türkiyə vətəndaşının qətlində R.T. Ərdoğanı günahlandırıb.

Xəbər 2510 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +