Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


08.02.2024  15:57 

Bacılar yenidən məhkəməyə çıxır





A+  A-

Xəbər verdiyimiz kimi, dələduzluqda təqsirli bilinən Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda bacıların anket məlumatları yenidən dəqiqləşdirilib, şikayətlərin dəlilləri araşdırılıb.

A.Əliyevanın şikayəti qanunamüvafiq qaydada verilsə də, İ.Turkutun vəkili və digər bir nəfər zərərçəkmiş apellyasiya şikayətini təyin edilmiş 20 günlük müddət bitdikdən sonra verib. Vəkil və zərərçəkmiş müddətin bərpa edilməsinə şərait yaradılması ilə bağlı vəsatət qaldırıb. Anar Tanrıverdiyevin sədrlik etdiyi hakimlər heyəti vəsatətləri təmin edib.

Qərara əsasən, müddətin bərpası məsələsi müzakirə edilməsi üçün cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, A. Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş ziyan 1 milyon manata yaxın hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyeva 7 il, İ.Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İ.Turkut məhkəmə zalında həbs edilib./Qafqazinfo

Xəbər 1377 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +