Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


11.11.2019  10:36 

Boliviya prezidenti istefa verdi





A+  A-

Boliviya prezidenti Evo Morales istefa verib.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Morales radioda çıxışında deyib. Onun sözlərinə görə, bu qərara hərbçilərin onu istefaya çağırışından sonra gəlib. Bu səbəbdən insanları, o cümlədən dövlət qulluqçularını, qardaş və bacılarını qorumaq üçün vəzifəsindən gedir.

“Onlar hücumlara məruz qalıb təhlükə ilə üzləşməsinlər deyə istefa verirəm”, - deyə Morales bildirib.

Qeyd edək ki, Moralesin istefasından sonra hərbçi və polislər onun həbs olunması üçün axtarış elan ediblər.

Xatırladaq ki, oktyabrın 20-də Boliviyada prezident seçkilərinə səsvermənin nəticələrinə etiraz olaraq müxalifət aksiyalar keçirilir. 3 həftə ərzində 400-dək insan xəsarət alıb. Morales müxalifətin onun istefasını tələb etməsinin konstitusiyaya zidd olduğunu bildirmiş, bunu dövlət çevrilişi adlandırmışdı.

Xəbər 1523 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +