AFFA “Kəpəz” klubunu cərimələyib
Putin Trampla görüşə hazırdır - Lavrov
Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir?
Bu FOTO hamını göz yaşlarına boğdu
Hansı məhsullar bahalaşıb?
Putin sülhə hazırlaşmır... - ZELENSKİ
TƏBİB-in sistemi çökdü: Xəstəxanalarda ajiotaj
O bir Azadlıq carçısı idi
Rusiya Krivoy Roqa raket zərbəsi endirdi
Azərbaycanlı iş adamı 120 bıçaq zərbəsi ilə öldürüldü - Video


10.02.2025  15:50 

Polad Bülbüloğlu niyə SUSUR?...





A+  A-

Nə səfir kimi səfirliyini, nə də deputat kimi deputatlığını görmədik...

Azərbaycanda “vurumuş” məmurların səfir göndərilməsi kimi uzun illər davam edən yazılmamış bir “adət-ənənə” var. Polad Bülbüloğlunun Azərbaycanın Rusiyadakı səfiri postundan çıxarılandan sonra Azərbaycan parlamentinin deutatı olması isə belə qənaət yaradır ki, indi də “vurulan” səfirlərin deputat edilməsi kimi yeni “tendensiya” meydana gəlib. Bunun nə dərəcədə “uğurlu” gediş olduğunu P.Bülbüloğlunun deputat olandan sonrakı fəlaiyyət(sizliy)i aydın şəkildə ortaya qoyur...

AZAL təyyarəsinin vurulmasından sonra baş verənlər, Rusiyanın Azərbaycana münasibətdə “həm suçlu, həm güclü” siyasəti, kobud, yekəxana davranışları, üstəgəl də Azərbaycan tərəfinin haqlı tələbləri və Bakıdakı “Rus Evi”-nin bağlanması da daxil olmaqla qanuni addımlarına Kremlə yaxın medianın, təbliğatçıların, politoloqların, deputatların və s. bütün əndazələri aşan reaksiyası biz tərəfdən də adekvat cavab tələb edir. Yaxşı olar ki, hətta vacibdir ki, bu cavabı Rusiyada az-çox tanınan azərbaycanlı siyasət, ədəbiyyat, incəsənət və s . adamları versinlər.

Ancaq Azərbaycana “dil uzadan”, ünvanımıza təhqir və təhdidlər səsləndirən Rusiyanın hakim “Vahid Rusiya” partiyasının tanınmış deputatlarına yalnız bir-iki deputatımız - Azər Badamov, Nizami Səfərov, Rasim Musabəyov və s. cavab verir.

Uzun illər Rusiyada səfir olmuş, hazırda isə Milli Məclisin deputatı adını daşıyan, rus siyasi və mədəni elitasının yaxşı tanıdığı Polad Bülbüloğlunun isə səsi, cınqırı çıxmır.

Hazırda Rusiyada Azərbaycana qarşı açıq düşmənçilik təbliğatı tüğyan edir, ölkə rəhbərliyi rus mediasında təhqir olunur, azərbaycanlıların toplaşdığı obyektlərə polis basqınları həyata keçirilir, Rusiya vətəndaşı olan azərbaycanlılar belə təhqir, təhdid edilir və s. Yeri gəlmişkən, rus təbliğatının hədəf aldığı şəxslər arasında Rusiyada böyük biznesi olan və sabiq səfirimizin dost adlandırdığı azərbaycanlı milyarderlər də var. Amma Bülbüloğlu susur. Niyə? Nə gözləyir? Hansı maraqlarına zərbə dəyəcəyindən, yaxud Moskvada kimin xətrinə dəyməkdən qorxur?

Adama elə gəlir ki, o, hansı ölkənin, xalqın səfiri, sonra isə deputatı olduğunu özü də qarışıq salır və heç cür Vladimir Putinin qarşısında gözləri parıldaya-parıldaya oxuduğu “Podmoskovnıye veçera” mahnısının ab-havasından çıxa bilmir. Ya da Putinin verdiyi və Lavrovun təqdim etdiyi “Aleksandr Nevski” ordenindən utanır...

Təəssüf ki parlament rəhbərliyi, spikerin özü də Azərbaycana qarşı aparılan çirkin kampaniyaya Bülbüloğlu kimilərin susqun reaksiyasına göz yumur...

Polad Bülbüloğlu Moskvada səfir olanda səfirlik qarşısına toplaşan və min əziyyətə, təhqirlərə qatlanaraq çörək qazanan həmyerlilərimizə minnət qoyaraq, “Rusiya sizə çörək verir” demişdi. Hansı ki, Rusiyadan əziyyətsiz-filansız ən böyük “çörək qazananları” da həmvətənlərimiz yaxşı tanıyır. Görünür, bəzilərinin Rusiyanın ölkəmizə qarşı bugünkü təhqir və təzyiqlərinə qarşı miskin susqunluğu da həmin “çörəyi itirmək” qorxusundan irəli gəlir...

Bir sözlə, Bülbüloğlu necə səfir, diplomat idisə, elə o cür də deputatdır. Nə səfir kimi səfirliyini, nə də deputat kimi deputatlığını görmədik...

Cəlal Məmmədov
“AzPolitika.info”


Xəbər 704 dəfə oxunub.




12.02.2025  12:43 

Sabah Bakıda yağış yağacaq

12.02.2025  12:39 

Hansı məhsullar bahalaşıb?

12.02.2025  11:48 

O bir Azadlıq carçısı idi

12.02.2025  11:18 

Rusiya ordusu Kiyevi atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +