Hansı məhsullar bahalaşıb?
Putin sülhə hazırlaşmır... - ZELENSKİ
TƏBİB-in sistemi çökdü: Xəstəxanalarda ajiotaj
O bir Azadlıq carçısı idi
Rusiya Krivoy Roqa raket zərbəsi endirdi
Azərbaycanlı iş adamı 120 bıçaq zərbəsi ilə öldürüldü - Video
Cənubi Qafqazda etibarlı mövqe tutmuşuq
Polis mayoru vəfat etdi
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş?
Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib


10.02.2025  11:56 

Paşinyan Azərbaycana qarşı yeni iddialar irəli sürüb





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qarşı yeni iddialar irəli sürüb.

XəzərNews.az xəbər verir ki, Paşinyan “armenpress”də dərc olunan məqaləsində “Azərbaycan Ermənistanın təhlükəsizliyinə real təhdidlər yaradır” iddiası ilə çıxış edib.

O bildirib ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini qorumaq üçün orduda islahatlar aparır.

“Ermənistan ordusunda aparılan islahatların Azərbaycana aidiyyəti yoxdur. Çünki Ermənistanın Azərbaycana qarşı hansısa hərbi əməliyyat keçirmək planı, niyyəti və məqsədi yoxdur. Ermənistanın təhlükəsizliyinə təhdidlər Azərbaycandan edilir”, - Paşinyan bu iddialarla Ermənistanın sürətli şəkildə silahlanmasına haqq qazandırmağa çalışıb.

Erməni baş nazir Qərbi Azərbaycana qayıdış hüququnu “Ermənistana qarşı təhdid və ərazi iddiası” kimi təqdim edib. Bu iddianı daha öncə də irəli sürmüşdü, halbuki, azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq hüquqda təspit olunub. Paşinyanın Qərbi Azərbaycan məsələsini manipulyasiya etmək cəhdləri də beynəlxalq hüququn tələblərini yerinə yetirməmək niyyətindən irəli gəlir.

Paşinyan hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan ermənilərlə bağlı da danışıb.

“Bakıda keçirilən məhkəmə, Azərbaycanın silahlanması və rəsmi Bakının aqressiv ritorikasını nəzərə alsaq, Ermənistanın təhlükəsizliyinə təhdidlərin olduğunu deyə bilərik”, - Nikol yazır. Daha sonra sülh müqaviləsini imzalamağa hazır olduqlarını əlavə edir.

Paşinyanın məqaləsi tamamilə “alibi” qazanmaq məqsədinə xidmət edir. “Azərbaycanı Ermənistana təhdid yaratmaqda” ittiham etməsi qarşıdakı dövrdə sərhəd təxribatlarına hazırlıq ola bilər. Belə bir təxribat rəsmi İrəvanın istəmədiyi sülh gündəliyini arxa plana keçirə, o cümlədən, beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı təzyiq kampaniyasını genişləndirə bilər. Ermənistan zaman-zaman bu taktikaya əl atıb. Görünür Paşinyan öncədən fikir formalaşdırmağa çalışır. Bununla yanaşı, Ermənistanı “sülhpərvər” göstərməklə Azərbaycan haqqında yanlış rəy yaratmağa cəhd edir və bununla sülh sazişinin İrəvanın maraqlarına uyğun olan razılaşdırılmış maddələr üzrə imzalanmasına beynəlxalq dəstək əldə etməyə çalışır.

Xəbər 369 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  12:43 

Sabah Bakıda yağış yağacaq

12.02.2025  12:39 

Hansı məhsullar bahalaşıb?

12.02.2025  11:48 

O bir Azadlıq carçısı idi

12.02.2025  11:18 

Rusiya ordusu Kiyevi atəşə tutub

12.02.2025  10:00 

Polis mayoru vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +