Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir?
Bu FOTO hamını göz yaşlarına boğdu
Hansı məhsullar bahalaşıb?
Putin sülhə hazırlaşmır... - ZELENSKİ
TƏBİB-in sistemi çökdü: Xəstəxanalarda ajiotaj
O bir Azadlıq carçısı idi
Rusiya Krivoy Roqa raket zərbəsi endirdi
Azərbaycanlı iş adamı 120 bıçaq zərbəsi ilə öldürüldü - Video
Cənubi Qafqazda etibarlı mövqe tutmuşuq
Polis mayoru vəfat etdi


10.10.2024  13:31 

Əhmədin məhkəməsi başa çatıb -Foto, Video





A+  A-

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb.

Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib.

Prokuror da Əhmədin anlaqsız olduğuna görə cəzadan azad edilməsini, ixtisaslaşmış xəstəxanada məcburi müalicəsini tələb edib.

Əhməd son sözündə heç nə deməyib. Deyəcək sözünün olmadığını bildirib.

Yekun qərarla, Əhməd cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.




Öldürülən şəxslərin hüquqi varisləri də Əhmədin məcburi müalicəsinə etiraz etməyiblər.

Nədir anlaqsızlıq?

Anlaqsızlıq psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmamaqdır. Qanun anlaqsız vəziyyətdə cinayət törədən şəxslərin cəzalandırılmasına icazə vermir. Amma həmin şəxs birbaşa sərbəst buraxılmır, məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb edilir.

***

Qanunvericiliyə əsasən, anlaqsız vəziyyətdə cinayət hadisəsi törətmiş şəxs məcburi müalicəyə cəlb ediləndən qeyri-müəyyən müddət sonra yenidən ekspertizadan keçirilə bilər. Əgər o, sağalaraq cəmiyyətə inteqrasiya edilmiş vəziyyətə çatarsa, yerli məhkəmənin qərarı ilə azadlığa buraxıla bilər.

Xatırladaq ki, bu hadisə ilin ən dəhşətli cinayəti kimi yadda qalıb. Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.

Keçirilmiş ekpert rəyləri ilə onun cinayəti anlaqsız vəziyyətdə törətdiyi təsdiq olunub. Əks halda cəzası ömürlük həbs idi.







Xəbər 5233 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.02.2025  12:43 

Sabah Bakıda yağış yağacaq

12.02.2025  12:39 

Hansı məhsullar bahalaşıb?

12.02.2025  11:48 

O bir Azadlıq carçısı idi

12.02.2025  11:18 

Rusiya ordusu Kiyevi atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +