“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


19.04.2019  10:32 

Azərbaycan Qətərə sənaye məhsulları ixrac edəcək





A+  A-

“Made in Azerbaijan” brendinin təşviqi, qeyri-neft məhsullarının xarici bazarlarda təbliği məqsədi ilə Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Qətərə təşkil olunmuş ixrac missiyası başa çatıb.
XəzərNews.az-ın Azpromo-ya istinadən verdiyi məlumata görə, təşkil edilən ixrac missiyasında qida, tekstil və tikinti məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 25 Azərbaycan şirkəti iştirak edib.

İxrac missiyasına daxil olan Azərbaycan şirkətləri ilə Qətərdən olan həmkarları ilə məhsulların satışının artırılması istiqamətində danışıqlar aparılıb, razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın “İDEA” şirkəti Qətərin “Seven Continents Enterprises”, “Zebrano Wood Works”, “Redco Construction Alamana” şirkətləri ilə istehsal etdiyi məhsulun ixracına dair razılıq əldə edib.
Bundan başqa, Azərbaycanın “FARKO”, “Delta Group C.O.”, “APİAZ”, “Brightman BMC” və “Azertexnolayn” şirkətləri istehsal etdikləri məhsulların Qətərə ixracına dair ilkin razılığa gəliblər.

Missiya çərçivəsində iki ölkənin turizm şirkətləri əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.

Xəbər 1450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +