“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


18.04.2019  22:41 

Manqal qalayarkən meşəni yandırmışdılar - Tarixi cəza verildi





A+  A-

İtaliyanın Komo gölü yaxınlığındakı bir evdə küləkli havada manqal qalayarkən meşə yanğınına səbəb olan 2 tələbəyə ümumilikdə 27 milyon avro cərimə təyin edilib.
XəzərNews.az “Euronews”a istinadən xəbər verir ki, 22 yaşında olan Alessio Molteni və Daniele Borgi adlı tələbələrin hər biri 13,5 milyon avro ödəməli olacaqlar.

Molteninin vəkili hadisədə məsuliyyət daşıyan şəxslərin tələbə olmalarının nəzərə alınmasını istəyib və bu miqdarda cəzanı ödəyə bilməyəcəklərini deyib. O, qərarla bağlı yuxarı instansiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

Lombardiya vilayətinin isə valisi verilən cəzanın dəyən ziyan və yanğını söndürmək üçün çəkilən xərclər nəzərə alınaraq verildiyini vurğulayıb.

Xatırladaq ki, ötən ilin 30 dekabrında baş vermiş hadisə zamanı 1000 hektarlıq meşə yanaraq külə dönmüşdü.

Xəbər 1335 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +