“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


06.02.2019  09:26 

Azərbaycanda seysmik aktivlik davam edir - 13 saatda 6 zəlzələ oldu





A+  A-

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanda seysmik aktivlik müşahidə olunur.
XəzərNews.az AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən xəbər verir ki, öncə yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda 3,9 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Daha sonra Ağsuda 2, İsmayıllıda 3 dəfə yeraltı təkan olunub. Ağsuda 4,4 bal gücündəki zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Ardınca isə 3 ballıq növbəti təkan baş verib.

İsmayıllıdakı 5,3 ballıq yeraltı təkan episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Bu zəlzələ Şamaxıda dağıntılara səbəb olub. Bir neçə evdə uçqunlar olub, 6 nəfər yaralanıb. Təcili yardım stansiyasına 20-yə yaxın müraciət olub.

İsmayıllıda seysmik aktivlik fonunda daha 3 və 3,9 bal gücündə daha iki yeraltı təkan baş versə də, hiss olunmayıb.



Xəbər 1302 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +