“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


04.02.2019  22:07 

18 milyon insan Xərçəngdən əziyyət çəkir





A+  A-

4 fevral Dünya Xərçənglə mübarizə günüdür.
XəzərNews.az xəbər verir ki, statistikaya əsasən, dünyada 18 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. 9,6 milyona yaxın insan isə dünyasını dəyişib. Ölənlərdən 5 milyon nəfərdə erkən müayinə ilə xəstəliyi ilkin stadiyada aşkarlamaq mümkün olardı. Xərçəngin əksər növləri ilkin mərhələdə aşkarlanarsa, müalicəsi mümkündür. Bu zaman pasiyentin yaşamaq şansı 93% olur. Əks halda, bu göstərici 15%-i keçmir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 17,5 min nəfər xərçəng xəstəsidir.

Xərçəngdən şübhələnmək üçün əlamətlər:

Bədəndə xırda düyünlərin yaranması

Davamlı öskürək

Bağırsaqların fəaliyyətində dəyişiklik

Gözlənilməz qanaxma

Sürətlə arıqlama

Xroniki yorğunluq

İzahedilməz ağrılar

Bədəndə yeni xalların artması

Sidik ifrazı zamanı problem

Sinədə qeyri-adi dəyişikliklər

İştahın itməsi

Sağalmayan yara

Xroniki mədə qıcqırması və həzmdə narahatlıq

Gecələr tərləmə

Xərçəng riskini azaltmaq üçün zərərli vərdişləri tərgitmək, ümumi tibbi avadanlıqlardan istifadə etməmək, müntəzəm olaraq həkim müayinəsindən keçmək, sağlam pəhriz saxlamaq və aktiv həyat tərzi keçirmək lazımdır.

Xəbər 1254 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +