“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


14.04.2017  17:14 

Orta məktəb müəllimlərinin diplomları yığılır - 2000 nəfər işdən çıxarıla bilər





A+  A-

Təhsil Nazirliyi orta məktəblərdə işləyən müəllimlərin diplomlarını yığmağa başlayıb.
Məlumata görə, proses 1992-ci ildən indiyə kimi unversitet bitirmiş və məktəblərdə çalışan müəllimləri əhatə edir. Diplomların yığılmasında məqsəd saxta diplomlarla çalışan müəllimləri aşkarlamaqdır.

Əldə etdiyimiz məlumatlara görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Cəlilabad rayonlarında orta məktəblərdə müəllimlərin diplomları artıq yığlıb.

İşin icrası hər bir rayonun Təhsil Şöbəsinə tapşırılıb. Diplomlar yığılandan sonra isə Təhsil Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov 2014-cü ildə orta məktəblərdə 2000-ə yaxın müəllimin saxta diplomla çalışdığını bildirmişdi: "Biz dəqiq sayı bilmirik, amma haradasa 2000 saxta diplomlu şəxs, əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyir. Bu gün biz onların hamısını adbaad bilirik.

Əldə etdiyimiz bütün məlumatları, o cümlədən onlara saxta diplom verənlərin adlarını da Baş Prokurorluğa vermişik. Onların arasında təhsil sistemindəki rəhbərlər də var.

Mənim bildiyimə görə, Baş Prokurorluq onlarla bağlı iki dəfə məlumat yayıb. Hələ ki biz elə «müəllimlər»i dayandıracaq icazəni ala bilməmişik”.

Onu da bildirək ki, ötən il Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb. Bu diplomların çoxu Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialları tərəfindən verilib.

(bakipost.az)

Xəbər 1881 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +