Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


18.07.2019  15:17 

Avtobus sürücüsü sükan arxasında narkotik qəbul edib?





A+  A-

İyun ayının 26-da Bakı-Laqodexi marşrut xətti üzrə hərəkətdə olan beynəlxalq daşımalara aid müntəzəm marşrut xəttində sürücü Şabanov Zaur Sabir oğlunun sükan arxasında narkotik vasitədən istifadə etdiyinə dair sərnişin iddiası ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən araşdırılması üçün hüquq-mühafizə orqanlarına şifahi şəkildə məlumat verilib.
XəzərNews.az xəbər verir ki, bu haqda Xidmətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb. O, qeyd edib ki, fakt öz təsdiqini taparsa daşıyıcı şirkət ciddi xəbərdarlıq almaqla yanaşı, xətdən 1 ay müddətinə uzaqlaşdırılacaq:

“Sərnişinlərimizdən ricamız, bu cür hallarla və digər qayda pozuntuları ilə rastlaşdıqları təqdirdə ilk növbədə hüquq-mühafizə orqanlarına və avtomobil nəqliyyatı ilə daşımaları tənzimləməkdə məsul qurum qismində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 566-52-58 nömrəli Çağrı Mərkəzinə müraciət etsinlər. Hadisəni telefonla qeydə aldıqdan sonra 1 ay məlum olmayan səbəblərdən gizli saxlayaraq yayımlamasınlar. Çünki bu zaman həm aidiyyatı qurumun faktı araşdırması üçün çətinlik yaranır, həm də sərnişinin (şikayətçinin) bizə məlum olmayan səbəblərdən dolayı bir ay faktı üzə çıxartmadığı aydın olur. Aidiyyatı üzrə araşdırılıb tədbir görülməsi üçün məlumatların birbaşa tərəfimizdən ötürülməsi üçün dəstəyiniz vacibdir”.

Xəbər 1466 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +