Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


12.11.2025  12:43 

2026-CI İLİN BÜDCƏSİNDƏ KİNO NİYƏ YOXDUR?





A+  A-

2026-cı ilin dövlət büdcəsi layihəsində Azərbaycan kinosu üçün heç bir vəsait ayrılmayıb. Bu, təkcə bir maliyyə bəndi deyil, ölkənin mədəniyyət siyasətinin prioritetlərinə verilən açıq mesajdır. Azərbaycan kinosu uzun illər boyu ölkənin mədəni simasını formalaşdırıb. “Arşın Mal Alan”, “O olmasın, bu olsun”, “Babək”, “Nəsimi” və son dövrlər çəkilən "Tağıyev: Neft", "Tağıyev: Çar", "Tağıyev: Sona", "Doğma torpaq", "Azərbaycan Atabəyləri","Cənnət yuxusu" kimi filmlər milli mədəniyyətin sütunları hesab olunur. Amma bu gün kino sahəsində yeni nəsil rejissorlar, ssenaristlər və texniki mütəxəssislər dəstək olmadan fəaliyyət göstərir. Dövlət maliyyəsi ayrılmadığı halda bu mütəxəssislərin sektordan uzaqlaşması qaçılmaz görünür.

Məsələ o qədər ciddiləşib ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu da büdcə müzakirələri zamanı problemə münasibət bildirib: “Gələn il bizim kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Bunun səbəblərini yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək”.

Milli Məclisin sədr müavini Rəfael Hüseynov da Polad Bülbüloğlunun fikrlərini dəstəkləyib: “XX əsrin ortalarında Azərbaycan kinosu böyük uğurlar qazanıb. Bu ənənə davam etdirilməlidir. Kinonun gələcəkdə inkişafı üçün vaxtilə Mədəniyyət Komitəsində də məsələlər qaldırmışıq. Kinonun inkişafı üçün kino xadimlərinə müəyyən imtiyazlar verilməlidir. Kino avadanlıqlarının gətirilməsinə yüngülləşmiş vergi tətbiqi, azadetmələr də olmalıdır”.

Əlbəttə, bu bəyanatlar təkcə büdcə rəqəmlərindən narazılığı deyil, həm də milli kino sənayesinin gələcəyi üçün ciddi narahatlığı əks etdirir.

Kino yalnız mədəni layihə deyil, həm də iqtisadiyyata töhfə verən sənayedir. Çəkilişlər, xidmətlər, musiqi, geyim, texniki işlər yüzlərlə insanın əmək bazarına bağlıdır. Bu sahəyə vəsait ayrılmaması həm iqtisadi, həm də sosial baxımdan itkidir.

Kino həm də millətin danışan dilidir. Diplomatiya, təbliğat və turizmin ən təsirli aləti kimi ölkəmizin imicini formalaşdırır.

2022-ci il 20 aprel tarixli Prezident Fərmanı ilə yaradılan, 16 noyabrda isə Nizamnaməsi təsdiqlənən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dövlətin kino siyasətində tamamilə yeni modelə keçdini təmin etməkdədir. Kino istehsalı ilə məşğul olanlara ilk stimul isə 2023-cü ilin sonunda həyata keçirilən vergi islahatları zamanı kino istehsalı üçün əlavə güzəştlər idi. Bu, həm prodüserlərin maliyyə yükünü azaltdı, həm də mehmanxana, nəqliyyat, logistika və texniki xidmət kimi əlaqəli sahələrdə iqtisadi fəallığı artırdı. Növbəti dəstək addımı isə 2025-ci ildə Nazirlər Kabinetinin “Filmlərin istehsalı üçün çəkilən xərclərin qismən geri ödənilməsi Qaydaları”nın təsdiqi ilə başladı. Bu qaydalar çəkiliş xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qaytarılmasını nəzərdə tutur. Həmçinin regionlarda çəkilişlər üçün xüsusi təşviqlər tətbiq olunur. Bu qərar Prezidentin 29 may 2025-ci il tarixli sərəncamında qeyd olunan mədəni stimullaşdırma paketinin tərkib hissəsidir.

2023-2025-ci illər ərzində kino istehsalatına ümumilikdə dövlət büdcəsindən 18 milyon manata yaxın vəsait ayrılıb. Bu dövrdə dövlət sifarişi ilə 71 film layihəsinin istehsalına başlanıb ki, onlardan 21-i tammetrajlı bədii, 15-i tammetrajlı bədii-sənədli və sənədli, 26-sı qısametrajlı bədii və sənədli, 8-i qısametrajlı animasiya və 1-i çoxseriyalı bədii filmdir.

Bu günədək 41 film tamamlanaraq təhvil verilib, 30 film isə istehsalat mərhələsindədir. İstehsalı başa çatmış və təqdimatı keçirilmiş ən məşhur filmlər arasında "Tağıyev: Neft", "Tağıyev: Çar" və "Tağıyev: Sona" bədii filmləri, "Doğma torpaq" tammetrajlı bədii filmi, "Azərbaycan Atabəyləri" və görkəmli rəssam Mirzə Qədim İrəvaniyə həsr olunan "Cənnət yuxusu" bədii-sənədli filmləri, dahi şair Nizami Gəncəviyə həsr olunan "Sevgi hekayəsi" sənədli filmi qeyd oluna bilər.

2023-2025-ci illər ərzində ölkədə sənaye sahəsi kimi film istehsalının fəallaşması nəticəsində istehsalda olan filmlərin ərsəyə gəlməsi üçün təxminən 1570 iş yeri açılıb. İşçi qüvvəsinin böyük hissəsini yaradıcı, texniki və inzibati heyət təşkil edir. Onu da qeyd edim ki, 2026-cı ildə istehsalı proqnozlaşdırılan film layihələrinin ərsəyə gəlməsi üçün 800 yeni iş yerinin açılması nəzərdə tutulur.

Dövlət dəstəyinin bu şəkildə davam etdiyi məqamda büdcədən vəsaitin ayrılmaması əlavə suallar yaradır.

Yaxın- uzaq qonşularımız, xüsusən də Gürcüstan, Polşa və Türkiyə kinonu dövlət siyasətinin tərkib hissəsinə çevirib. Azərbaycan isə bu yarışdan kənarda qalmaq riski ilə üz-üzədir.

Azərbaycanın mədəni kimliyini, tarixini və ruhunu yaşadan kino sahəsinin inkişafı üçün maliyyə dəstəyi zəruridir. Kino yalnız ekran deyil, millətin yaddaşıdır. Əgər bu yaddaş maliyyəsiz qalarsa, bir gün bizə aid olan hekayələri başqaları danışacaq.

Zəhra
XəzərNews.az


Xəbər 489 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +