FHN-ə işə düzəltmək adı 7800 manatını mənimsədi
Bakıda beşmərtəbəli binada yanğın başlayıb
“Diqtə edilmiş sülh qəbul edilməyəcək” - Şolz
Rusiya 15 yeni diviziya yaradır - Zelenski
Əliyev Vuçiçə təbrik məktubu göndərdi
Rusiya Çernobılı raketlə vurdu, yanğın çıxdı
Annalena Baerbok Trampa qarşı
Mahir Emreli türk sevgilisi ilə FOTOsunu paylaşdı
Novruz bayramında 11 gün qeyri-iş günü olacaq
Sabah hava yağmursuz keçəcək


28.11.2023  00:24 

“Film məni uzaqlara apardı“ -Qurbanov





A+  A-

"Film məni uzaqlara apardı".

Xəzərnews.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona həsr edilən "Stadionlar səssiz olanda" filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis filmdə keçdiyi yolların qısa formada təqdim olunduğunu söyləyib: "Bu filmdən sonra çəkilən əziyyətlərə bəlkə də daha böyük önəm verəcəyəm. Kiçik bir səviyyəyə gəlib çıxmışıqsa, minimum bunu qoruyub saxlamalı və daha artığını etməliyik. Filmdə göstərilən günləri yaşamışam. Qısa müddətdə 6 yaşımdan 51 yaşıma qədər olan dönəm gözümün önündə canlandı".

Baş məşqçi bu filmin Norveçin "Molde" klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsi oyunu ərəfəsində futbolçulara əlavə motivasiya olacağını düşünür: "Ümid edirəm ki, bu filmin "Molde" ilə oyuna hazırlıq mərhələsində bizə faydası olacaq. Komandada həmin anları yaşayan futbolçular da var. Digərləri də gördülər ki, belə uğurlara böyük dəyər verilir. Futbolçular da qarşıdakı illərdə yeni tarix yazmaq istəyəcəklər ki, həmin hadisələrdə onların adları çəkilsin. Fikirlərimdə də bunları çatdıracağam".

Qurban Qurbanov filmdə iki səhnənin ona təsir etdiyini vurğulayıb: "İlk səhnə qardaşım Musa Qurbanovun əsgərlikdən gəlmə epizodu idi. Hansı ki, mənim məşqimə baxırdı. Bir də ilk maaşımı aldığım anı qeyd edə bilərəm. 16-17 yaşım var idi, 70 manat almışdım. Maaşı alıb Zaqatala bazarına getmişdim. 40 manatlıq bazarlıq etmişdim. O hissə mənə təsir etdi. Ümumilikdə çox maraqlı filmdir".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanan film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.


Xəbər 1098 dəfə oxunub.



15.02.2025  16:19 

Əməkdar jurnalist vəfat ETDİ

15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...


BÜTÜN XƏBƏRLƏR +