FHN-ə işə düzəltmək adı 7800 manatını mənimsədi
Bakıda beşmərtəbəli binada yanğın başlayıb
“Diqtə edilmiş sülh qəbul edilməyəcək” - Şolz
Rusiya 15 yeni diviziya yaradır - Zelenski
Əliyev Vuçiçə təbrik məktubu göndərdi
Rusiya Çernobılı raketlə vurdu, yanğın çıxdı
Annalena Baerbok Trampa qarşı
Mahir Emreli türk sevgilisi ilə FOTOsunu paylaşdı
Novruz bayramında 11 gün qeyri-iş günü olacaq
Sabah hava yağmursuz keçəcək


09.07.2023  10:40 

“Elza Seyidcahan AYB-dəkilərin ən azı 90%dən istedadlıdır“





A+  A-

Elza Seyidcahan AYB-dəkilərin ən azı 90%dən daha zövqlü, daha savadlı, daha istedadlıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə sabiq millət vəkili Etibar Hüseynov çıxış edib.

Sabiq deputat bildirib ki, onun ən böyük istedadı isə bu toplumun nəbzini dəqiqliklə duya bilməsidir:

"Elza daima gündəmdə olmağın, diqqət mırkəzində qalmağın yolunu hamıdan yaxşı bilir. Nə olsun ki, yaxşı müğənni, istedadlı bəstəkardır, onun özünü "gijdiyə" qoyub yazdığı "şer"ləri kənara qoysaq, kimiydi Elzanı itirib-axtaran, efirlərə, toylara çağıran. Kimə lazımıydı bəstəkar-müğənni Elza? Yoxsa düz demirəm?
Elə onun da münsiflərdə əyləşdiyi bir şer yarışmasında onlarla istedadlı şair üzə çıxdı-hanı onlar? Hansı birinə dəstək oldu televiziyalar, qocaman şair və yazıçılarımız? Bax bütün bunları da Elza görür, bilir, yaşayır. O yaxşı biri ki, bizim məkanda gündəmdə qalmağın ən asan yolu ya soyunmaqdı, ya da "gijdəmək`. Əslinə qalanda 2-ci yol, 1-ciyə nisbətdə daha çətindi. Amma buna baxmayaraq o 2-cini seçdi. Ona görə də bu gün TV-radioların ən reytinqli proqramları Elzanı efirinə dəvət etmək üçün növbəyə dayanıb. Sosial şəbəkələr "Elza" deyib "partlayır".

E.Hüseynov əlavə edib ki, ortaya düşüb heyterlik edənlərin də bütün çabaları boşunadı, Elza hər gün daha çox parlayır:

"Bir sözlə Elza yaxşıca tapıb "haqqın" yolunu. Bu toplum buna layiqdi. Ona görə də o da dolayıb hamını telinin başına..."

Xəbər 1616 dəfə oxunub.



15.02.2025  16:19 

Əməkdar jurnalist vəfat ETDİ

15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...


BÜTÜN XƏBƏRLƏR +