FHN-ə işə düzəltmək adı 7800 manatını mənimsədi
Bakıda beşmərtəbəli binada yanğın başlayıb
“Diqtə edilmiş sülh qəbul edilməyəcək” - Şolz
Rusiya 15 yeni diviziya yaradır - Zelenski
Əliyev Vuçiçə təbrik məktubu göndərdi
Rusiya Çernobılı raketlə vurdu, yanğın çıxdı
Annalena Baerbok Trampa qarşı
Mahir Emreli türk sevgilisi ilə FOTOsunu paylaşdı
Novruz bayramında 11 gün qeyri-iş günü olacaq
Sabah hava yağmursuz keçəcək


11.06.2020  13:11 

“ASAN” fəaliyyət göstərməyəcək





A+  A-

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar bəzi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılacaq.
XzəərNews.az-ın məlumatına görə, müvafiq Qərara əsasən 14 iyun tarixində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, o cümlədən Sumqayıt, Gəncə və Kürdəmir regional “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.

15 iyun tarixində isə Milli Qurtuluş Günü ilə əlaqədar bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Xəbər 1965 dəfə oxunub.



15.02.2025  16:19 

Əməkdar jurnalist vəfat ETDİ

15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...


BÜTÜN XƏBƏRLƏR +