Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


25.08.2020  10:32 

“TikTok” Trampın fərmanını məhkəməyə verdi





A+  A-

Çin sosial şəbəkəsi “TikTok” ABŞ Prezidenti Donald Trampın imzaladığı və “TikTok”un istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan fərmana qarşı məhkəmə iddiası qaldırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

“Hökuməti məhkəməyə vermək bizim üçün asan deyil. Ancaq hüquqlarımızı, habelə icmalarımızın və işçilərimizin hüquqlarını qorumaq üçün hərəkət etməkdən başqa çarəmiz yoxdur”, - deyə “TikTok”un yaydığı press-relizdə bildirilir.

Qeyd edək ki, avqustun 6-da imzalanan fərman dərc edildiyi tarixdən 45 gün sonra “TikTok”un sahibi “ByteDance” şirkəti ilə ABŞ-ın yurisdiksiyasında olan hər hansı bir əmlakla bağlı istənilən əməliyyatın aparılmasını qadağan edəcək.

Trampın sonrakı icra sərəncamında isə şirkətə müqaviləni başa çatdırması üçün 90 gün vaxt verilib.

Orijinal icra sərəncamında bildirilib ki, “TikTok” ABŞ iqtisadiyyatına və milli təhlükəsizliyinə təhlükə törədir. ABŞ rəsmiləri Çin hökumətinin ABŞ vətəndaşları istifadəçilərinin məlumatlarını əldə edəcəyindən qorxurlar. Şirkət iddia edir ki, bu məlumatları heç vaxt orqanlara ötürmür.

Xəbər 2007 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +