Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam


10.05.2025  12:58 

“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub





A+  A-

Azərbaycanın qədim və böyük yaşayış məskənlərindən olan Masallının Boradigah qəsəbəsi haqqında kitab nəşr olunub.

Araşdırmaçı jurnalist Sücəddin Şərifovun müəllifi olduğu “Boradigah tarixi qaynaqlarda” kitabı zəngin arxiv materialları əsasında yazılıb.

Kitabda Azərbaycanın tarixi kəndlərindən olan Boradigah sözünün mənası açıqlanıb, kəndin qədim inzibati sərhədləri, coğrafi mövqeyi ilə bağlı bilgilər toplanıb.

Azərbaycanın müxtəlif tarixi dövrlərini - Rusiya imperiyası, SSRİ və müasir zamanımızı əhatə edən zəngin sənədlər əsasında Boradigahın məhəllələrinin, təhsilinin, səhiyyəsinin, məscidlərinin, qəbiristanlıqlarının, ocaqlarının, bazarının, hamamlarının tarixi barədə arxiv materialarına söykənən məlumatlar verilib.

“Boradigah tarixi qaynaqlarda” kitabında boradigahlıların Talış xanlığının yaranmasında iştirakı, onlarla qohumluq münasibətləri və fikir ayrılıqları haqqında arxiv sənədləri təqdim olunub.

Kitabda həmçinin Boradigahda müxətlif vaxtlarda buradakı məktəbə, kolxoza, xəstəxanaya rəhbərlik edənlər və onların fəaliyyəti haqqında müfəssəl bilgi verilib.

Kitabda sənədlər əsasında Birinci və İkinci Dünya Müharibəsi ərəfəsində Boradigahda baş verən hadisələr yer alıb, Böyük Vətən Müharibəsində iştirak edən, həlak olan və itkin düşən insanların siyahısı təqdim edilib.

Çar Rusiyasından bəri Boradigahda yaşayanların, qəsəbənin qəhrəman analarının, əmək veteranlarının, orden və medallarla təltif edilənlərin siyahıları verilib.

Kitabda diqqətçəkən maraqlı tarixi hadisələr də yazılır.

Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin, Azərbaycanda Sovet Hökümtinin başçısı Nəriman Nərimanovun Boradigaha səfərləri, 30-50-ci illərdə ölkəyə başçılıq etmiş Mir Cəfər Bağırovun qəbulunda olan kənd sakinlərinin görüşlərinin təfərrüatları açıqlanıb.

“Boradigah tarixi qanyaqlarda” tarixlə maraqlananlar, elmi işçilər üçün faydalı mənbədir.

Xəbər 2602 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +