Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək


18.02.2019  14:56 

“İbrahimbəyov məni dəvət edib, sağlığına tost demişəm” - Anar





A+  A-

“Rüstəm İbrahimbəyov illərdir ki, mənim dostumdur, görkəmli yazıçıdır. Yubileyini qeyd edib, məni də dəvət edib, getmişəm, təbrik etmişəm, sağlığına tost demişəm".
XəzərNews.az xəbər verir ki, bu sözləri Bizimyol.İnfo-ya AYB sədri sədri Anar Rzayev dünən Bakıda İbrahimbəyovun şərəfinə təşkil olunan məclislə bağlı suala cavab verərkən deyib.

Anar qeyd edib ki, İbrahimbəyov sözügedən tədbirə onu şəxsən dəvət edib:

"Bakıya gəlmişdi, mənə zəng etdi ki, yubileyimi qeyd edəcəm, getdim. Bura necə gəlib, başqa hansı işlərlə bağlı gəlib, mən bilmirəm. Orda başqa şəxslər də iştirak edirdi.”

R. İbrahimbəyovun dünənki yubileydə siyasətdən getdiyini açıqlaması ilə bağlı yayılan iddialara Anar belə cavab verib:

“Mən orda olanda bu barədə söhbət olmayıb. Ola bilər məndən qabaq bu barədə danışıb, mən bilmirəm. Orda siyasətlə bağlı söhbət olmayıb, sadəcə sənətdən danışılıb. Bunlar sizi niyə maraqlandırır? Bu barədə onun özündən soruşun. Bura necə gəldiyini, nə üçün gəldiyini, mən hardan bilim?..”

Xəbər 1997 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +