Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı
Xətai, Sabunçu, Suraxanı... - Söküntü aparılacaq ünvanlar açıqlandı
İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü olub
“RR Construction” vətəndaşın evini söküb - Video


30.01.2024  11:20 

Natiq Dadaşov, məndən niyə 10 MANAT istəyir?





A+  A-

Bu gün evə gəlmişəm ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin direktor müavini Natiq Dadaşovun adından mənim şikayətimə cavab məktubu gəlib. Bu cavab məktubunun blankını, blank kağızını, imza nüsxəsinin ora əlavə edilməsini nəzərə alanda aşağı-yuxarı 10 manat edir. Bu adamlara kim ixtiyar verib ki, xalqın pulunu belə məsrəf edirlər? Bu adamın imzasını çox güman ki, dizayner işləyib. Bu imzanın dizaynerə sifariş vermək üçün Natiq Dadaşovun qazandığı pulların mənbəyini araşdırmaq mənə borc olsun.

Natiq Dadaşovun sədr müavini olduğu AYNA bilməlidir: Tələb etdikləri 10 manatı qazanmaq üçün mən 4-5 saatdan artıq yuxu yatmıram. Məni tanıyanlar bilir, xəsis, çürükçü adam deyiləm, dövlətin vergisini, rüsümunu, cəriməsini ödəməkdən də heç zaman çəkinməmişəm. Amma indi məsələ bir qədər fərqlidir. Mən bir jurnalist, QHT sədri, ictimai-siyasi fəal, yazıçı, 44 günlük savaşın veteranı, hüquqşünas olaraq LƏYAQƏT davası aparıram. Mənə "sən parkinq ödəməsi etmədən qaçmısan" demək, şərəf və ləyaqətimi aşağılamaq deməkdir. Bunu heç kəsə bağışlamaram!

Əgər mənim sürücü olaraq parklanma haqqını ödəməkdən qaçmaq niyyətim yoxdursa, ancaq AYNA-nın tələb etdiyi metodlarla ödəniş edə də bilmirəmsə, nə etməliyəm?

AYNA-ya məhz bu barədə sual vermişəm və aldığım, yumşaq desək, "şablon" cavabda AYNA İH sədr müavini mənim həyat təcrübəmi, ağlımı, savadımı, şəxsiyyətimi dolayısı ilə təhqir edərək bildirir ki, inzibati tənbehə layiqəm!

Təhqirə keçməyəcəm, amma bir daha publik şəkildə AYNA-dan suallarıma cavab istəyirəm:

1) Azərbaycan Respublikasının Konstitusiyana əsasən, mənim yanımda mobil telefon daşımaq kimi bir öhdəliyim varmı?

2) Mən parklanma üçün, sizin təbirinizcə desəm, lazım olan mobil telefondan istifadə etmirəmsə, onu evdə unutmuşamsa, yaxud mobil telefonumda gərəkli kontur və internet limiti yoxsa, parklanma üçün hansı ƏSAS (mobil metodlar ƏSAS deyil və ola da bilməz, bunu qanunlar deyir) ödəniş üsullarından istifadə etməliyəm?

3) Siz necə müəyyən etmisiniz ki, mən ödənişi SON ZƏRURƏT HALINDA deyil, QƏSDƏN etməmişəm? Sizin motiv ölçən cihazınız varmı?

Natiq Dadaşov, baxın, mədəni şəkildə xahiş edirəm, bu suallara cavabı özünüz və öz dəsti-xəttinizlə yazın. Yazın, görək, Siz, ümumiyyətlə, tutduğunuz vəzifə üçün gərəkli olan elementar inşa qabiliyyətinə maliksinizmi?

ƏN NƏHAYƏT, Sizin Azərbaycan Respublikasının milli valyutasına və Azərbaycan dövlətinə bağlı adamlara qarşı bu hücumlarınız nə ilə bağlıdır?

Əgər bütün bunları qəsdən edirsinizsə, mən qanımı qaşığa qoyub bu davanı apararam!

Taleh ŞAHSUVARLI



Xəbər 4860 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +