İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


19.07.2023  17:28 

Rektorun 440 min manatlıq “Range Rover”i cərimələnir?





A+  A-

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir. Rektor 2021-ci ildə KİV-də dövlət nömrə nişanı 10 CN 394 olan, 440 min manata (259 min dollar) son model "Range Rover” markalı avtomobil alması ilə gündəmə gəlmişdi. Ehtimal edilir ki, rektorun avtomobilini idarə edən sürücü barədə polisə məlumat verilmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib. /Valyuta.az

Xəbər 1049 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +