İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


25.06.2022  22:34 

Madər Musayev ORDU günündən yazdı





A+  A-

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uzaqgörən siyasət ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində uğurların əldə edilməsini şərtləndirib.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın iqtisadi və maliyyə cəhətdən geniş imkanlara malik olması ölkəmizin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin artmasına təkan verib. Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında yer alır.

Onu da xüsusi vurğulayım ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü. Belə ki, qısa müddət ərzində ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, bununla da düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdi, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi. Bununla da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verdi, ordumuz Azərbaycanın Zəfər tarixini yazdı.



Bir məsələni də qeyd edim ki, hər zaman dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılır, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır. Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Hazırda yerli müəssisələrdə buraxılan müxtəlif adda yüksəkkeyfiyyətli silah-sursat ordumuzun təchizatında mühüm rol oynayır.



Bundan əlavə, təsdiq olunmuş planlara əsasən ordumuz öz tərəfdaşları, o cümlədən də qardaş Türkiyənin silahlı qüvvələri ilə vaxtaşırı hərbi təlimlər keçirir. Bu hallar da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının artmasına öz müsbət təsirini göstərir. Hesab edirəm ki, bu gün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qarşısına qoyulacaq vəzifələri layiqincə yerinə yetirməyə hər an hazır və qadirdir.

MADƏR MUSAYEV
Milli Məclisin deputatı


Xəbər 1704 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +