İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


13.09.2019  14:51 

Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçib





A+  A-

Dərs ilinin başlaması ilə əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK), xüsusilə Nəqliyyat Qovşağı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Kompleksdən XəzərNews.az-a verilən məlumata görə, Nəqliyyat Qovşağı nəqliyyat vasitələrinin ümumi gəliş nöqtəsidir və yay fəslinin sona çatması, yeni dərs ilinin başlaması səbəbilə regionlardan paytaxta səfər edənlərin sayı artıb:

“Gəncə, Mingəçevir, Quba, Qusar, Xaçmaz, Bərdə, Tərtər istiqamətlərindən paytaxta gələnlərin sayı daha çoxdur. Nəqliyyat Qovşağında gələn sərnişinlərin rahatlığının təmin olunması məqsədilə nəzarət gücləndirilib.
Həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərdən gələn sərnişinlər burada tam rahat şəkildə şəhər nəqliyyatından, taksi xidmətindən, eyni zamanda yaxınlarını qarşılamaq üçün gələnlər burada parkinq xidmətindən istifadə edə bilərlər.
Nəqliyyat Qovşağında rahat hərəkəti təmin etmək məqsədilə ərazidə istiqamətləndirici nişanların quraşdırılması işi də artıq yekunlaşıb”.
Rəsmi məlumata görə, hazırda şəhərlərarası istiqamətlərə səfər edənlərin sayında azalma müşahidə olunur:

“Belə ki, gün ərzində şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edənlərin sayı 7-8 min arasında dəyişir. Sentyabrın ilk 10 günü ərzində ümumilikdə 85 402 sərnişin Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edib. Onlardan 75 204 sərnişin şəhərlərarası, 10 198 sərnişin isə beynəlxalq reyslərlə səfərini təmin edib”.

Xəbər 1666 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +