Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub





A+  A-

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

XəzərNews.az xəbər verir ki, E.Qəhrəmanov idarə etdiyi “Vaz” markalı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi ərazisində yolu keçən 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Ağır xəsarətlər alan qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.

Oxşar hadisə ötən gecə saat 22 radələrində Xətai rayonunda da qeydə alınıb. Belə ki, Şamxal Şirinov sərxoş halda idarə etdiyi “BMW” markalı avtomobillə Məhəmməd Hadi küçəsindən keçən qadını vurub.

Ağır xəsarətlər alan Bahar Əsgərova hadisə yerində vəfat edib.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 2210 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +